Avq 24, 2021 14:39 Asia/Baku
  • 63 iranlı idmançı Tokio paralimpiya oyunlarının açılış paradında iştirak edəcək

İranın paralimpiya karvanının məsul şəxsləri bildiriblər ki, 63 iranlı idmançı Tokio paralimpiya oyunlarının açılış paradı mərasimində iştirak edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Tokio paralimpiya oyunlarının iştirakçısı olan ölkələrin məsul şəxslərinin iştirakı ilə keçirilən son koordinasiya iclaslarında yarışlarda, həmçinin paralimpiya oyunlarının açılış paradı mərasimində koronavirusla mübarizə üçün səhiyyə protokollarına riayətə təkid olunub.

Tokio paralimpiya oyunlarının açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Tokio paralimpiya oyunlarında 162 ölkədən dörd min dörd yüz idmançı mübarizə aparacaq.

Teqlər