Sen 05, 2021 22:14 Asia/Baku
  • 20 milyon doza «Razi Kovo-Pars» vaksini istehsal ediləcək

İranın kənd təsərrüfatı cihadı naziri bildirib ki, 20 milyon doza «Razi Kovo-Pars» vaksini istehsal ediləcək.

SəhərAzəri-nin verdiyi məlumata görə, Seyid Cavad Sadatinejad «Razi Kovo-Pars» vaksininin kliniki testinin üçüncü fazasının başlanması mərasimində deyib ki, «Razi» institutu payız fəslinin sonunadək «Razi Kovo-Pars» vaksini istehsalını beş milyon, qış fəslinin əvvəlinədək isə 20 milyon dozaya çatdırmağa hazırdır.

Sadatinejad sonra bildirib ki, «Razi» institutu səhiyyə nazirliyinin lisenziyası ilə bu gün kliniki testinin üçüncü fazasına başlayır.

Klinik testin üçüncü mərhələsi könüllülərdən qırx nəfərin üzərində həyata keçirilməlidir.

Teqlər