Sen 14, 2021 15:30 Asia/Baku
  • İran-Pakistan
    İran-Pakistan

İranın milli voleybol komandası Asiya voleybol çempionatı çərçivəsində Pakistan millisi ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu görüşdə İran yığmasının baş məşqçisi- Behruz Ətayi və Pakistan yığmasının baş məşqçisi- Rəhman Məhəmmədirad qarşı-qarşıya durublar.

İranın milli voleybol komandası Yaponiyanın Çiba şəhərində keçirilən Asiya voeybol çempionatının qrup mərhələsinin üçüncü və sonuncu oyununda Pakistan millisini üç-sıfır hesabı ilə məğlub edib.

İran yığması bu nəticəni qeydə aldırmaqla birinci komanda kimi Asiya çempionatının ikinci etapına vəsiqə qazanıb.

İlk qrup mərhələsinin ən yaxşı səkkiz komandası ikinci etapda dörd komandalı iki qrup formasında sentyabrın 16-sı və 17-də bir-birilərilə qarşılacaqlar.

Cədvəlin aşağısında yerləşən səkkiz komandanın yarışları da elə bu formada davam edəcəkdir.

 

Teqlər