İranın fitnes komandası İspaniya yarışlarında çempion olub
Noy 06, 2021 13:14 Asia/Baku
İranın fitnes üzrə milli komandası İspaniyada keçirilən dünya çempionatının qızıl bölməsinin qalibi olub.
SəhərAzəri-nin məlumatına əsasən, İspaniyanın Santa-Suzanna şəhərində bodibildinq və fitnes üzrə dünya çempionatının ikinci günündə İran komandası "Fitness Challenge" yarışlarının 6 nəfərlik hissəsində iştirak edib.
İran komandası, Hüseyn Rəhimi, Əmir Qulamzadeqan, Vəhid Vəhdət, Səid Nayini, Əhmədrza Abdullahi və Rza Sultaninejad ilə bu yarışların qızıl bölməsində rəqibləri ilə mübarizə aparıb.
Həmçinin, yaxın günlərdə İran fitnesçiləri həm fərdi, həm də cüt bölmələrində rəqibləri ilə mübarizə aparacaqlar.