İyul 06, 2022 12:10 Asia/Baku
  • 2022 Voleybol üzrə Millətlər Liqası: İran Polşa üzərində böyük qələbə qazandı

İranın milli voleybol komandası 2022-ci il Voleybol üzrə Millətlər Liqasının üçüncü həftəsində iranlıların ilk oyununda Polşanın güclü milli voleybol komandasını məğlub etməyə müvəffəq oldu.

SəhərAzəri-nin məlumatına əsasən, "2022-ci il Voleybol üzrə Millətlər Liqasının üçüncü həftəsi və sonuncu seçmə mərhələsi iyulun 5-də Yaponiyanın Osaka və Polşanın Qdansk şəhərlərində müvafiq olaraq, beşinci və altıncı qruplar üçün start götürdü.

Dünən Polşanın Qdansk şəhərlərində keçirilən dördüncü və sonuncu oyunda İran və polşa komandaları üz-üzə gəldilər və Behruz Ətgayinin yetirmələri güclü rəqiblərini 3-2 hesabı ilə məğlub edərək, bu yarışlarda beşinci dəfə olaraq, qalib gəldilər və Dünya Federasiyası cədvəlinin ən yüksək pilləsində qərarlaşan komandanı məğlub etməklə yenidən voleybol mütəxəssislərini heyrətə gətirdilər.

İran voleybolçuları birinci və dördüncü setlərdə 15 min azarkeşin dəstəyindən yararlanan Polşaya məğlub oldular, amma İran komandası ikinci, üçüncü və beşinci setlərdə rəqibini məğlub edərək, 14 xal topladı.

İran cümə axşamı İtaliya ilə, növbəti gün isə Sloveniya və Serbiya ilə qarşılaşacaq.

Teqlər