İyul 09, 2022 11:26 Asia/Baku
  • İran 2022 Voleybol üzrə Millətlər Liqasında Sloveniyanı məğlub etdi

İranın voleybol üzrə yığma komandası 2022 Voleybol üzrə Millətlər Liqasında Sloveniyanı məğlub edərək, növbəti mərhələyə yüksəlmək şansını xeyli artırdı.

SəhərAzəri-nin məlumatına əsasən, İran milli İran milli voleybol komandası 2022 Voleybol Millətlər Liqasının ilkin mərhələsində 11-ci oyununda Sloveniya komandasını 3:0 hesabı ilə məğlub edərək, üç dəyərli xal qazandı.

İranın milli voleybol komandası 6 qələbə və 17 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb və bugünkü oyunda (şənbə günü) Serbiyaya qalib gəlsələr, son ən yaxşı 8 komanda sırasına qoşulacaq. 

İndiyədək Polşa, İtaliya, Amerika, Fransa, Braziliya və Yaponiyadan ibarət altı komanda Millətlər Liqasının final mərhələsinə vəsiqə qazanıb, qalan iki yer üçün isə Hollandiya, Sloveniya, İran, Serbiya və Argentinadan olan beş komanda mübarizə aparır.

Almaniya, Çin, Kanada, Bolqarıstan və Avstraliya komandaları da növbəti mərhələyə adlamaqdan məyus olublar.

Ən yaxşı səkkiz yeri tutan komanda iyulun 20-dən 24-dək İtaliyada keçiriləcək 1/4 final mərhələsində mübarizə aparacaqlar.

Teqlər