İran 2022 Voleybol üzrə Millətlər Liqasında final mərhələsinə yüksəlib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i390975-İran_2022_voleybol_üzrə_millətlər_liqasında_final_mərhələsinə_yüksəlib
İranın voleybol üzrə yığma komandası 2022 Voleybol üzrə Millətlər Liqasında 3-0 hesabı ilə Serbiya komandasına qalib gələrək final mərhələsinə yüksəlib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 10, 2022 05:34 Asia/Baku
  • Voleybol
    Voleybol

İranın voleybol üzrə yığma komandası 2022 Voleybol üzrə Millətlər Liqasında 3-0 hesabı ilə Serbiya komandasına qalib gələrək final mərhələsinə yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Voleybol üzrə Millətlər Liqasının 2022-il yarışlarının seçmə mərhələsinin üçüncü və sonuncu həftəsinin beşinci günü, şənbə günü, beşinci qrup üçün Yaponiyanın Osaka, altıncı qrup üçün isə Polşanın Qdansk şəhərində altı görüşlə davam edəcək.

Qdansk şəhərində keçirilən ikinci görüşdə İran və Serbiyanın milli voleybol komandaları “Erqo Arena” zalında qarşılaşıblar. Behruz Ətayinin yetirmələri ardıcıl üç setdə rəqiblərini 35:33, 25:21 və 25:12 hesabı ilə məğlub ediblər. Beləliklə, İranın milli voleybol komandası Millətlər Liqasının final mərhələsinə yüksələn yeddinci komanda olubdur.