Ronaldonu səud komandasına transfer etmək təklifinin pərdəarxası
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i391212-ronaldonu_səud_komandasına_transfer_etmək_təklifinin_pərdəarxası
Kriştiano Ronaldonu transfer etmək üçün cəlbedici təklif edən Səudiyyə Ərəbistanı klubunun adı bəlli olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2022 12:47 Asia/Baku
  • Ronaldonu səud komandasına transfer etmək təklifinin pərdəarxası

Kriştiano Ronaldonu transfer etmək üçün cəlbedici təklif edən Səudiyyə Ərəbistanı klubunun adı bəlli olub.

SəhərAzəri-nin məlumatına əsasən, bu günlərdə Səudiyyə Ərəbistanı klubunun "Mançester Yunayted"in super ulduzu Kriştiano Ronaldoya inanılmaz təklifi gündəm yaradıb. 

Ronaldo səudiyyə klubunun 250 milyon avroluq təklifini nəzərdən keçirdikdən sonra rədd edib və Ali Səudun iki şahzadəsini bu barədə nakam qoyub.

"Sport.tvp" saytı bu sahədəki son məlumatında Ronaldonu heyətinə qatmaq istəyən səudiyyə klubunun kimliyini açıqlayıb.

Portuqaliyalı super ulduza bu inanılmaz təklifi  bu mövsüm "Roma"nın keçmiş baş məşqçisi Qarsiyanı cəlb edən "Əl-Nəsr" klubu edib.

Səudiyyə Ərəbistanından daxil olan məlumata görə, bu astronomik təklifin pərdəarxasında iki səud şahzadəsi və bir Əmirlik şahzadəsi olub. Onlar Ronaldonu bu ölkə futboluna cəlb etməklə səud quruluşunu geniş təbliğ etmək istəyiblər, lakin buna nail ola bilmədilər.