İranlı şahmatçıların Ümumdünya Şahmat Olimpiadasında uğurları davam edir
İran kişilərdən ibarət şahmat komandası Ümumdünya Şahmat Olimpiadasının 5-ci turunda qalib gəlib.
SəhərAzəri-nin məlumatına əsasən, Hindistanın Çennay şəhərində keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak edən İranın qadın və kişilərdən ibarət şahmat üzrə yığma komandası bu yarışların beşinci turunda rəqibləri ilə üz-üzə gəlib.
İranın kişilərdən ibarət şahmat komandası bu yarışların 5-ci turunda Türkiyə ilə qarşılaşıb və 3-1 hesabı ilə rəqibinə qalib gəlib.
Bu turda Pərham Məqsudlu və Məhəmməd-Əmin Təbatəbai oyunu bərabər başa vurublar. Puya İdini və Bərdiya Daneşvər isə türkiyəli rəqiblərini məğlub ediblər.
İranın kişi şahmatçıları bu qələbə ilə turnir cədvəlində yeddinci yeri tuta biliblər.
İranın qadınlardan ibarət şahmat komandası isə Bolqarıstanla qarşılaşıb və görüşdə 3-1 hesabı ilə məğlub olub.
Bu görüşdə Mobina Əlinəsəb, Anuşa Mehdian və Anahita Zahedifər rəqibləri qarşısında məğlub olublar və yalnız Mitra Əsğərzadə rəqibini məğlub edə bilib.
İranın qadınlardan ibarət şahmat komandası bu məğlubiyyətlə turnir cədvəlində 46-cı pillədə qərarlaşıb.
Qadınlar bölməsində Hindistan komandası birincidir.