Medal sıralarında İran 2-ci Azərbaycan 5-cidir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392124-medal_sıralarında_İran_2_ci_azərbaycan_5_cidir
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 8-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 35-ə İranın medalları isə 56-a yüksəlib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 13, 2022 06:46 Asia/Baku
  • Medal sıralarında İran 2-ci Azərbaycan 5-cidir

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 8-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 35-ə İranın medalları isə 56-a yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası idmançılarının qazandıqları medallardan 9-u qızıl, 12-si gümüş, 14-ü bürünc əyarlıdır.

İran İslam Respublikası idmançıları isə 8-ci günün sonuna qədər cəmi 56 medal qazanıblar ki, onlardan 22-i qızıl, 18-i gümüş və 16-ı bürüncdür.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 5-ci İran isə 2-ci yerdə qərarlaşıb.

Birinci yerdə isə 137 medalla Türkiyə durur. Özbəkistan 53 (18 qızıl, 14 gümüş, 21 bürünc), Qazaxıstan 36 (12 qızıl, 5 gümüş, 14 bürünc) medalla 3-cü və 4-cü yerləri tutublar.  

V İslam Həmrəyliyi Oyunlarında İndiyədək ümumilikdə 56 ölkədən 39-u medal qazana bilib.