İranın taekvondo komandası İslam Həmrəyliyi Oyunlarında çempion olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392128-İranın_taekvondo_komandası_İslam_həmrəyliyi_oyunlarında_çempion_olub
İslam Həmrəyliyi oyunlarına göndərilmiş İranın taekvondo üzrə milli komandası bu yarışlarda öz işini 13 medalla başa vurub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 13, 2022 07:53 Asia/Baku
  • İranın taekvondo komandası İslam Həmrəyliyi Oyunlarında çempion olub

İslam Həmrəyliyi oyunlarına göndərilmiş İranın taekvondo üzrə milli komandası bu yarışlarda öz işini 13 medalla başa vurub.

SəhərAzəri-nin məlumatına əsasən, 15 idmançı ilə 5-ci İslam Həmrəyliyi Oyunlarına qatılmış İranın Taekvondo üzrə milli komandası qadınlar və kişilər bölməsində 5 qızıl, 4 gümüş, 4 bürünc olmaqla ümumilikdə 13 medal qazanmağı bacarıb və İslam Həmrəyliyi Oyunlarında çempion olub.

5-ci İslam Həmrəyliyi oyunları avqustun 9-dan Türkiyənin Konya şəhərində başlayıb və avqustun 18-dək davam edəcək.