Dünya voleybol çempionatı: İran–Argentina: 3-2
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392577-dünya_voleybol_çempionatı_İran_argentina_3_2
Dünya çempionatının ilk oyununda Argentinanı 3-2 hesabı ilə məğlub edən İranın milli voleybol komandası bu yarışlara qələbə ilə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2022 08:33 Asia/Baku
  • Dünya voleybol çempionatı: İran–Argentina: 3-2

Dünya çempionatının ilk oyununda Argentinanı 3-2 hesabı ilə məğlub edən İranın milli voleybol komandası bu yarışlara qələbə ilə başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran millisi şənbə günü axşam Sloveniya və Polşanın ev sahibliyi etdikləri dünya çempionatının ilk görüşündə Argentina ilə qarşılaşıb. Bu, iki komanda arasında ötən bir həftə ərzində keçirilən ikinci görüş olub.

İranın yığma voleybol komandası ötən həftə Vaqner Kubokunda da Argentinanı 3-2 hesabı ilə məğlub etmişdi. Komandamız dünya çempionatı yarışlarının davamında keçirəcəyi ikinci oyununda bazar ertəsi günü saat 20:00-da Misirlə görüşəcək.