İran sərbəst güləşi üçün iki medal
Okt 23, 2022 12:19 Asia/Baku
İspaniyanın Pontedera şəhərində keçirilən 23 yaşadək sərbəst güləş üzrə dünya çempionatının davamında yetmiş və doxsan yeddi kiloqram çəki dərəcələrində mübarizə aparan İran nümayəndələri bir qızıl və bir gümüş medal qazanıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Doxsan yeddi kiloqram çəki dərəcəsində Əmir Əli Azərpira final görüşündə amerikalı Taner Slovanı beş-üç hesabı ilə məğlub edib və qızıl medala sahib çıxıb.
Yetmiş kiloqram çəki dərəcəsində isə Əmir Məhəmməd Yəzdani finalda 23 yaşadək Avropa çempionu, gürcüstanlı Georgi Elbakidzeyə səkkiz-dörd hesabı ilə məğlub olub və gümüş medalla kifayətlənib.
Komanda sıralamasında Gürcüstan 76 xalla birinci, Ukrayna 63 xalla ikinci, İran isə 59 xalla üçüncü yerlərdə dururlar.