Sərbəst güləş üzrə gənclərin dünya çempionatı; İran komandası ikinci oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i394394-sərbəst_güləş_üzrə_gənclərin_dünya_çempionatı_İran_komandası_ikinci_oldu
İranın 23 yaşadək sərbəst güləş komandası 4 qızıl, 1 gümüş və 134 xal qazanaraq, İspaniyada keçirilən Dünya Çempionatında ikinci olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2022 12:40 Asia/Baku
  • Sərbəst güləş üzrə gənclərin dünya çempionatı; İran komandası ikinci oldu

İranın 23 yaşadək sərbəst güləş komandası 4 qızıl, 1 gümüş və 134 xal qazanaraq, İspaniyada keçirilən Dünya Çempionatında ikinci olub.

SəhərAzəri- "İRNA"nın məlumatına görə, oktyabrın 21-dən 23-dək İspaniyanın Pontedera şəhərində 23 yaşadək sərbəst güləş üzrə dünya çempionatı keçirilib və sonda İran komandası üçün 74 kiloqram çəki dərəcəsində Məhəmməd Sadiq Firuzpur, 92 kiloqram çəki dərəcəsində Əmir Hüseyn Firuzpur, 97 kiloqram çəki dərəcəsində Əmir Əli Azərpira və 125 kiloqram çəki dərəcəsində Əmir Rza Məsumi qızıl medal və 70 kiloqram çəki dərəcəsində Əmir Məhəmməd Yəzdani bürünc medal qazanıb. 

Komanda sıralamasında Gürcüstan 141 xalla çempion olub, İran 134 xalla ikinci, Amerika isə 112 xalla üçüncü olub.