Okt 30, 2022 15:47 Asia/Baku
  • Levandovski bir daha Xavini xilas etdi

La Liqanın on ikinci həftəsi çərçivəsində Valensiya Mestaliya stadionunda Barselonanı qəbul edib və sıfır-bir hesabı ilə məğlub olub.

SəhərAzəri-nin məlumatına əsasən, İspaniya futbolu yarışlarında Barselona Valensiya ilə oyunda son anlarda Levandovskinin uğurlu oyunu ilə üstünlük qazanıb.

Barselona Avropa Çempionlar Liqasından məyusedici şəkildə çıxdıqdan sonra bu oyunda çox zəhmətə düşüb və 94-cü dəqiqədə Levandovskinin gözəl zərbəsilə üstünlük əldə edib.

Real-dan bir oyun çox keçirən Javinin yetirmələri hazırda otuz bir xalla yarış cədvəlinə başçılıq edirlər.

Real Madrid sabah Jirona klubunu qəbul edəcək.

 

Teqlər