İran istehsalı olan tibb təchizatları 63 ölkəyə ixrac edilir
İran qida və dərman təşkilatının tibb avadanlığı və ləvazimatı şöbəsinin müdiri deyib ki, hal-hazırda Avropa, Asiya və Cənubi Amerika ölkələri də daxil olmaqla altmış üç ölkəyə tibb təchizatları ixrac edilir.
SəhərAzəri-nin məlumatına əsasən, Ruhullah Məzinani Kirmanşah şəhərində ölkənin tibb elmləri universitetlərinin tibb təchizatları üzrə məsul şəxslərinin iclasının kənarında deyib ki, ötən bir ildə dəyəri iyirmi milyon avrodan yuxarı olan müxtəlif tibb avadanlığı ixrac edilib və bu miqdar günü-gündən artmaqdadır.
İran qida və dərman təşkilatının tibb avadanlığı və ləvazimatı şöbəsinin müdiri bu ləvazimatların ixracatında heç bir məhdudiyyətin olmadığına toxunub. Qeyd edib ki, bütün tibb ləvazimatlarında ölkənin ixracat imkanı yüksəkdir, lakin ölkənin ehtiyacı təmin edilən zamanadək ixracat ehtiyatla həyata keçiriləcək.