La Liqa: Real ilk məğlubiyyətini aldı; Ançelottinin yetirmələri liderliyi Barsaya verdi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i394859-la_liqa_real_ilk_məğlubiyyətini_aldı_ançelottinin_yetirmələri_liderliyi_barsaya_verdi
La Liqa yarışlarının XIII həftəsində "Real Madrid" futbol komandası nəhayət cari mövsümdə ilk məğlubiyyətini yaşayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 08, 2022 12:54 Asia/Baku
  • La Liqa: Real ilk məğlubiyyətini aldı; Ançelottinin yetirmələri liderliyi Barsaya verdi

La Liqa yarışlarının XIII həftəsində "Real Madrid" futbol komandası nəhayət cari mövsümdə ilk məğlubiyyətini yaşayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Futbol üzrə İspaniya çempionatının XIII həftəsi çərçivəsində "Rayo Valyekano" və "Real Madrid" komandaları qarşılaşıblar ki, bu matç 3-2 hesabı ilə ev sahibi "Rayo Valyekano"nun xeyrinə başa çatıb. 

Beləliklə Ançelottinin yetirmələri XIII həftədə İspaniya çempionatında mövsümün ilk məğlubiyyətini alıblar. 

Bu məğlubiyyətlə "Real Madrid" 32 xalla turnir cədvəlində ikinci yerdə, Barselona isə, 34 xalla birinci yerdə qərarlaşıb.