Noy 09, 2022 21:38 Asia/Baku
  • İranlı əlil yüngül atletlərin Asiya və Okeaniya yarışlarındakı uğurları

İranın adi və müharibə əlilləri yüngül atletika üzrə Asiya və Okeaniya yarışlarında qızıl və gümüş medallar almağa müvəffəq olublar.

SəhərAzəri-nin məlumatına əsasən, Avstraliyada keçirilən bu yarışlarda İran milli komandasının üzvü Milad Ramazani dörd yüz metr məsafəyə qaçışda qızıl medala sahib çıxıb.

Digər iranlı atlet Həsən Dehqan disk atışında gümüş medal alıb. Mənuçehr Həbibi isə uzunluğa tullanma yarışında dördüncü olubdur.

Dünən Milad Ramazani dörd yüz metr məsafəyə maneələrlə qaçışda, Həsən Dehqan da nizəatmada qızıl medal qazanmağa müvəffəq olmuşdular.

 

Teqlər