Noy 12, 2022 13:11 Asia/Baku
  • İranın paravoleybol komandası dünya çempionu olub

Kişilərin paravoleybol üzrə dünya çempionatı İran yığmasının qalibiyyətilə başa çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın kişilərdən ibarət paravoleybol komandası dünən axşam final görüşündə yarışların ev sahibi olan Bosniya-Herseqovinanın yığma komandasını üç-sıfır hesabı ilə məğlub edib.

İran yığması keçirdiyi yeddi görüşdə hətta bir seti belə uduzmayıbdır.

Həmçinin İran və Bosniyanın paravoleybol komandaları dünya çempionatının finalına yüksəldikləri üçün 2024-cü il Paris paralimpiya oyunlarına vəsiqə qazanıblar.

Teqlər