Noy 14, 2022 17:25 Asia/Baku
  • FİFA-ya görə İranın Dünya Çempionatındakı qrupunun xüsusiyyətləri

Beynəlxalq Futbol Federasiyasının (FIFA) İnstaqram səhifəsi B qrupunu bütün komandaların dünyanın ən yaxşı iyirmi komandası arasında yer aldığı yeganə qrup elan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Qətərdə futbol üzrə dünya çempionatının başlanmasına bir həftədən az qalmış FİFA-nın İnstaqram səhifəsi bu yarışın B qrupu haqqında yazıb: "Bu qrup yeganə qrupdur ki, onun bütün komandaları dünyanın ən yaxşı iyirmi komandası arasında yer alır və bu baxımdan xüsusi bir qrupdur.

FİFA təsnifatına görə, dünya çempionatının B qrupu bu yarışda ən çətin qrupdur.

FİFA-nın son reytinqinə əsasən, İngiltərə beşinci, Amerika 16-cı, Uels 19-cu, İran isə 20-ci yerdədir.

Qətərdə noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək futbol üzrə dünya çümpionatı 22-ci dünya çempionatıdır və İranın milli futbol komandası İngiltərə, Amerika və Uels ilə B qrupunda yer alır.

Futbol üzrə dünya kuboku dünyada ən çox izləyicisi olan idman hadisəsidir və hər dörd ildən bir futbol üzrə dünya çempionunu müəyyən etmək üçün keçirilir.