İran komandasının Dünya Çempionatında güclü tərəfləri bəlli olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i395072-İran_komandasının_dünya_Çempionatında_güclü_tərəfləri_bəlli_olub
Ərəb mətbuatı İran futbol üzrə yığma komandasının Dünya Çempionatında güclü tərəflərini müəyyən ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2022 16:47 Asia/Baku
  • İran komandasının Dünya Çempionatında güclü tərəfləri bəlli olub

Ərəb mətbuatı İran futbol üzrə yığma komandasının Dünya Çempionatında güclü tərəflərini müəyyən ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, İranın milli futbol komandası 2022-ci il Dünya Çempionatında iştirak etmək üçün dünən axşam Dohaya yola düşdü. İran komandasının ilk görüşü İngiltərə komandası ilə olacaq. 

Bununla bağlı Əl-Kurə saytı yazıb: İran komandasının gücü onun hücum xəttidir.

İran Almaniyanın "Bayer Leverkuzen" klubunun  hücumçusu, Sərdar Azmuna, onun yanında isə Portuqaliyanın "Portu" klubunun hücumçusu Mehdi Taremiyə ümid bəsləyir.

Mehdi Taremi keçən ay Portu ilə bənzərsiz bir performans göstərdi və Portuqaliya Premyer Liqasında və Portu klubunda ayın ən yaxşı oyunçusu mükafatını qazandı.