İran qan xərçənginin müalicəsi üçün yeni gen terapiyası texnologiyasını təqdim edib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i395078-İran_qan_xərçənginin_müalicəsi_üçün_yeni_gen_terapiyası_texnologiyasını_təqdim_edib
İranlı tibb alimləri qan xərçəngi xəstələrinin müalicəsi üçün gen terapiyasına əsaslanan yeni texnologiya təqdim ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2022 18:24 Asia/Baku
  • İran qan xərçənginin müalicəsi üçün yeni gen terapiyası texnologiyasını təqdim edib

İranlı tibb alimləri qan xərçəngi xəstələrinin müalicəsi üçün gen terapiyasına əsaslanan yeni texnologiya təqdim ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Elm və Texnologiya İdarəsinin rəyasət heyətinin üzvü çərşənbə axşamı bildirib ki, iranlı tədqiqatçılar qan xərçənginin müalicəsi üçün yeni gen terapiyası metodunun hazırlanmasına təxminən 7 il sərf ediblər.

Əmir Əli Həmidiyə müalicənin müvəffəqiyyət nisbətinin təxminən 70 faiz olduğunu söyləyib.

Həmidiyə bildirib ki, iranlı bir startap şirkəti iki transmilli şirkətin inhisarında qalan müalicə metodunu işləyib hazırlayıb.

Onun sözlərinə görə, bu üsul Tehran Tibb Elmləri Universiteti tərəfindən təsdiqləndikdən sonra ilk dəfə İranda qan xərçəngi xəstəsi üzərində sınaqdan keçirilib.