Hollandiya dirildi/ İngilislər Lui Van Qalı alqışladılar
İndipendent yazıb ki, Hollandiya nəhayət bu dünya çempionatında dirildi və Kody Qakpo oyunun qıfılını açdı.
"FARS" xəbər agentliyinin məlumatına görə, İngiltərənin "İndependent" qəzeti Hollandiya ilə Seneqal oyunu haqqında yazıb: "85 dəqiqə çəkdi, lakin Hollandiya bu Dünya Kubokunda nəhayət dirildi. Kody Qakpo çıxılmaz vəziyyəti öz zərbəsi ilə qırdı. Hansı ki qırılmaz görünürdü.
2014-cü ildən bəri ilk dəfə dünya çempionatına qayıdan Lui van Qalın yetirmələri Seneqal üzərində 2-0 hesablı çətin qələbədən sonra Ekvadora qarşı oynamağa hazırlaşırlar.
Qəzet Van Qalı bütün digər məşqçilərdən kəskin şəkildə fərqlənən fiqur kimi təsvir edib.
İndependent yazıb: "Afrika Millətlər Kubokunun qalibi Seneqal da çox həvəsli idi və Qətərdə təkcə bir ölkənin deyil, bütün qitənin ümidlərini daşıyırdı. Sadio Manenin bu oyunda yoxluğu, hiss olunurdu. Afrika çempionu göstərdi ki, onsuz nəsə çatışmır".