Guardian jurnalı İran komandasının qələbəsinə münasibət bildirib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i395309-guardian_jurnalı_İran_komandasının_qələbəsinə_münasibət_bildirib
Britaniyanın "Guardian" nəşri Uels futbol komandası üzərində qələbədən sonra İran milli komandasının azarkeşlərinin şadlıq şəkillərini dərc edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2022 16:18 Asia/Baku
  • Guardian jurnalı İran komandasının qələbəsinə münasibət bildirib

Britaniyanın "Guardian" nəşri Uels futbol komandası üzərində qələbədən sonra İran milli komandasının azarkeşlərinin şadlıq şəkillərini dərc edib.

SəhərAzəri-nin məlumatına əsasən, cümə günü İranın futbol üzrə milli komandası Qətər 2022 Dünya Çempionatının ikinci oyununda Uels komandası ilə qarşılaşıb və 2-0 hesabı ilə qalib gəlib.

"İRİB-in məlumatına görə, Guardian qəzeti yazıb: "Bu şəkillər iranlı azarkeşlərin nadir sevinc anlarıdır. Hansı ki, cümə günü həyəcanlı bir oyunda Uels komandasına qarşı qazandıqları qələbəni qeyd edirlər və Uelsin pley-off mərhələsinə yüksəlmək ümidini azaldıblar".

Bundan əvvəl Dünya Futbol Federasiyası (FİFA) öz Tvitter səhifəsində İran milli futbol komandasının Uels üzərində qazandığı dəyərli qələbəyə münasibət bildirib və yazıb: "Bu, İran üçün əla bir qələbə idi".

Bununla bağlı Uels milli futbol komandasının baş məşqçisi "Robert Page" komandasının İran qarşısında məğlubiyyətindən sonra deyib: "İran qələbəyə layiq idi və haqqına çatdı".