Noy 29, 2022 15:50 Asia/Baku
  • Keyruş:

İranın futbol üzrə milli komandasının baş məşqçisi dünya çempionatı çərçivəsində ABŞ-la keçiriləcək oyun öncəsi deyib: "Nə özünün, nə də komandasının psixi oyunların tələsinə düşməyə imkan verməyəcək".

SəhərAzəri-nin məlumatına əsasən, İranla ABŞ arasında keçiriləcək oyun ərəfəsində ABŞ Futbol Federasiyası sosial mediada İranın milli bayrağını müvəqqəti olaraq İslam Respublikasının gerbi olmadan nümayiş etdirib. 

İranın bununla bağlı FİFA-ya şikayət edib və İran bayrağına "hörmət etmədiyi" üçün ABŞ-ın dünya çempionatından qovulmasına çağırıb.

İranın baş mşqçisi ABŞ-la oyundan əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, İran ən yaxşı nəticə əldə etmək və növbəti mərhələyə yüksəlmək üçün əlindən gələni edəcək.

"Dünya çempionatında hər mərhələnin öz şərtləri var və ilk üç oyun uğurla başa çatmalıdır", - deyə Karlus Keyruş əlavə edib.  

İran millisinin baş məşqçisi ABŞ-la görüşdən əvvəl baş verənlərlə bağlı deyib: "Biz etika əsasında işləməliyik və əgər buna inansaq, daha da güclü olacağıq".

Keyruşun amerikalı həmkarı Greg Berhalter hadisəyə görə üzr istəyib.

İran və ABŞ milli futbol komandaları bu gün Tehran vaxtı ilə 22:30-da üz-üzə gələcək.

Teqlər