La Liqa; Atletiko Qrizmannın sehrbazlığı ilə 10 dəqiqə ərzində fırtına salıb
Yan 22, 2023 10:54 Asia/Baku
İspaniya futbol yarışında "Atletiko Madrid" öz meydanında rəqibinə qalib gəlib.
SəhərAzəri-nin məlumatına əsasən, İspaniya La Liqasının 18-ci turu çərçivəsində "Atletiko Madrid" doğma meydanda "Valyadolid"lə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
Bu oyunda Antuan Qrizmann əla çıxış edib və bir məhsuldar ötürmə və bir qolla meydanın ən yaxşı oyunçusu seçilib.
"Atletiko"nun heyətində Morata 18, Qrizmann 25 və Hermoso 28 qol vurub.
Bu qələbə ilə "Atletiko Madrid" 31 xal toplayıb və turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.