Yaponiya kosmosa bir casusluq peyki buraxıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i396858-yaponiya_kosmosa_bir_casusluq_peyki_buraxıb
Yaponiya uğurla kosmosa bir casusluq peyki buraxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2023 13:32 Asia/Baku
  • Yaponiya kosmosa bir casusluq peyki buraxıb
    Yaponiya kosmosa bir casusluq peyki buraxıb

Yaponiya uğurla kosmosa bir casusluq peyki buraxıb.

Yaponiyanın Mitsubişi ağır sənaye şirkəti dünən özünün 46 saylı raketini Taneqasima kosmodromundan kosmosa göndərib. Sözügedən süni peyk uğurla raketdən ayrılıb.

“IGS-Radar-7” tipli bu kəşfiyyat peyki “Mitsubişi Elektrik” şirkəti tərəfindən inkişaf etdirilib. Peyk Yaponiyanın bu sahədə informasiyalar toplamaq barədəki proqramlarının bir hissəsidir.

Hal-hazırda Yaponiya orbitdə bir neçə radar və işıq kəşfiyyat peykinə malikdir.

Amerikanın regiondakı müttəfiqlərindən olan Yaponiya son vaxtlar öz hərbi büdcəsini artırmaqla yanaşı, İngiltərə ilə hərbi müqavilə imzalayıbdır.