Fev 05, 2023 16:18 Asia/Baku
  • Meşvildişvilinin Zare ilə güləşməməsinin səbəbi bəlli oldu

Xorvatiyada güləş üzrə reytinq xarakterli “Zagreb Open” turnirinin 125 kq çəki dərəcəsində final mərhələsində Azərbaycan Respublikasının sərbəst güləşçilərindən olan Georgi Meşvildişvili iranlı rəqibi Əmir Hüseyn Zare ilə görüşməli idi ancaq o bu görüşdən imtina etdi.

Bu xəbər sosial şəbəkələrdə heç də birmənalı qarşılanmadı. Bəziləri onun bu qərarının İran ilə Azərbaycan Respublikası münasibətlərində ortaya çıxan son hadisələrlə əlaqələndirdilər. Dünya Güləş Birliyi isə bir bəyanat yayaraq bildirib ki, azərbaycanlı güləşçi zədələndiyinə görə iranlı rəqibi ilə görüşməyib. 125 kq çəki üzrə medalların verilməsi ilə bağlı video görüntülərdə də Georgi Meşvildişvilinin göz nahiyyəsindən zədələndiyi görünür.

Teqlər