Fev 05, 2023 18:33 Asia/Baku
  • Günəş sistemindən kənarda Yerə bənzər planet kəşf edilib

Alimlər Yer kürəsinə bənzər, həyatın potensial olaraq, inkişaf edə biləcəyi ekzoplanet kəşf ediblər.

Bu ekzoplanet "Wolf 1069 b" adlandırılıb.

"Wolf 1069 b" təxminən Yerlə eyni kütləyə malikdir və Yerdən təkcə 1,36 dəfə böyükdür.

Bu planet Yerdən cəmi 31 işıq ili uzaqlıqda yerləşir və Almaniyadakı "Maks Plank" Astronomiya İnstitutunun astronomu "Diana Kossakowski"nin rəbərlik etdiyi dünyanın hər yerindən 50 astronomdan ibarət bir qrup tərəfindən kəşf edilib.