İranın yeniyetmə qız futbolçuları KAFA turnirində ikinci olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i398266-İranın_yeniyetmə_qız_futbolçuları_kafa_turnirində_ikinci_olublar
Ölkəmizin yeniyetmə qızlardan ibarət milli futbol komandası KAFA turnirində ikinci olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2023 17:51 Asia/Baku
  • İranın yeniyetmə qız futbolçuları KAFA turnirində ikinci olublar

Ölkəmizin yeniyetmə qızlardan ibarət milli futbol komandası KAFA turnirində ikinci olub.

SəhərAzəri-nin məlumatına əsasən, Özünü aprel-may aylarında İordaniyada keçiriləcək on yeddi yaşadək yarışların ilkin mərhələsinə hazırlayan İran komandası KAFA-2023 yarışmasında Tacikistan və Qırğızıstan yığmalarını məğlub etmək və yalnız Özbəkistan komandasına məğlub olmaqla turnirin ikincisi olmaqla kifayətlənibdir.

KAFA turniri təşkilatçılarının bildirdiklərinə görə, Suməyyə İsmaili turnirin bombardiri seçilib.

Həmçinin yarışlardakı ləyaqətli komanda mükafatı İran komandasının kapitanı Sitayiş Feyz-Rəhimiyə təqdim olunub.