Təbrizli xanım Avropa İxtiraçılar Akademiyasının qızıl medalına layiq görüldü
İyun 12, 2023 12:26 Asia/Baku
Dünyada nanotexnologiya üzrə YUNESKO-nun elmi medalını almış ilk qadın doktor Südabə Davəran yeni uğurunda Avropa İxtiraçılar Akademiyasının qızıl medalını qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Onun elmi layihəsinin adı bu ilin may ayında İstanbulda keçirilən “Teknofest 2023” festivalında birinci yerə layiq görülmüş “Antibiotiklərə davamlı yoluxucu yaraların müalicəsi üçün antibiotik preparatları və antimikrob bitki ekstraktları olan nanoliflər” olub.