Avq 24, 2023 18:21 Asia/Baku
  • İran voleybolçuları yarımfinala çıxıblar

Kişilər arasında 2023-cü il Asiya çempionatının ilk mərhələsində Pakistan yığmasını məğlub edən İranın milli voleybol komandası birbaşa surətdə yarımfinala yüksəlib.

SəhərAzəri-nin məlumatına görə, İyirmi ikinci Asiya çempionatının sözügedən mərhələsi dünən İranın Urmiyyə şəhərinin “Qədir” və “Ahəndust şəhidləri” adına idman zallarında yeddi görüşlə təqib olunub.

İranın milli voleybol komandası Pakistan yığması ilə qarşılaşıb və bu komandanı üç-sıfır hesabı ilə məğlub edib. Beləliklə də komandamız çempion adını qorumaq üçün yarımfinal mərhələsində sərt mübarizə aparacaq.

Sabah keçiriləcək bu etapda komandamızın rəqibi, bu gün keçiriləcək Cənubi Koreya-Çin dörddə bir final görüşünün qalibi olacaq.

 

Teqlər