Fev 12, 2024 15:56 Asia/Baku
  • İranın qadınlardan ibarət futzal milli komandası CAFA çempionu oldu

İranın qadınlardan ibarət futzal milli komandası Tacikistanı məğlub edərək üçüncü dəfə CAFA Futzal Turnirinin çempionluğuna imza atıb.

Bazar günü keçirilən turnirin final mərhələsində İran və Tacikistan millisi qarşılaşıb. Füruzan Süleymaninin tələbələri ev sahibini 9-0 hesabı ilə məğlub edərək, üçüncü dəfə çempionluğu qazanıblar.

Qeyd edək ki, turnir boyu Sara Şirbəyi 12 qol vuraraq oyunçular arsasında ilk sırada yer alıb.