Fev 20, 2024 18:08 Asia/Baku
  • İran beynəlxalq taekvondo turnirinin qalibi olub

İran ümumdünya federasiyanın prezident kuboku üzrə beynəlxalq taekvondo yarışlarının qalibi olub

İran komandası ümumdünya federasiyanın prezident kuboku üzrə altıncı beynəlxalq taekvondo yarışlarının kişi bölməsinin qalibi olub.

Ötən cümə günü qadınlar bölməsinin yarışları və müxtəlif ölkələrdən olan üç yüz doxsan iki taekvondoçunun iştirakı ilə Tehrandakı «Taevondo Evi» zalında başlanan turnir dünən axşam İranın kişilərdən ibarət komandasının qalibiyyəti ilə başa çatıb.

Altı qızıl, bir gümüş və bir bürünc medal qazanan İranın kişi taekvondo millisi sözügedən turnirin çempionu adına layiq görülüb.

Qazaxıstan bir qızıl və üç bürünc medalla ikinci olub. İordaniya isə bir qızıl medalla pyedestalın üçüncü pilləsində dayanıb.

Azərbaycan Respublikası və Pakistan yığmaları da müvafiq olaraq, dördüncü və beşinci yerlərdə durmaqla yarışları başa vurublar.

Bundan öncə isə İranın qadınlardan ibarət taekvondo millisi turnirin birinciliyini əldə etmişdi.