Mart 04, 2024 13:29 Asia/Baku
  • Azərbaycan cüdoçuları Avrokubokda birinci yeri tutdu

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunda Azərbaycan birinciliyi qazanıb.

Azərbaycan yığması turniri 4 qızıl, 5 gümüş və 7 bürünc medalla başa vurub.

Bununla da azərbaycanlı komanda yarışda medal əyarına görə ümumi hesabda birinci, qızlar və oğlanlar arasında isə ikinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan Avropa Kubokunda 57 idmançı ilə təmsil olunub.

Teqlər