Akademik avarçəkmə üzrə Asiya və Okeaniya olimpiya seçim turniri
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i410491-akademik_avarçəkmə_üzrə_asiya_və_okeaniya_olimpiya_seçim_turniri
İranın qadınlardan ibarət yüngül çəkili ikinəfərlik komandası finala yüksəlib
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 19, 2024 11:58 Asia/Baku
  • Akademik avarçəkmə üzrə Asiya və Okeaniya olimpiya seçim turniri

İranın qadınlardan ibarət yüngül çəkili ikinəfərlik komandası finala yüksəlib

Məhsa Cavər və Zeynəb Noruzi akademik avarçəkmə üzrə Asiya və Okeaniya olimpiya seçim turnirinin qadınların yüngül çəkili ikinəfərlik qayıq yarışlarında ikinci seçmə qrupunun ilk pilləsində durmaqla finala vəsiqə qazanıblar.

Akademik avarçəkmə üzrə Asiya və Okeaniya olimpiya seçim turniri bu gün Cənubi Koreyanın Çxoncu şəhərində başlanıb.

İranın akademik avarçəkmə üzrə yığma komandası qadınlar bölməsində üç, kişilər bölməsində isə bir idmançı ilə sözügedən beynəlxalq turnirdə iştirak edir.

Məhsa Cavər və Zeynəb Noruzi qadınların yüngül çəkili ikinəfərlik qayıq yarışlarının ikinci seçmə qrupunda Honq-Konq, İndoneziya, Cənubi Koreya və Vyetnamdan olan rəqiblərilə mübarizədə birinci qayıq olaraq, finiş xəttini keçib və yarışların finalına yüksəliblər.

Üçüncü seçmə qrupunda qadınların birnəfərlik akademik avarçəkmə yarışlarında Fatimə Mocəlləl Sinqapur, Filippin, Tailand və Qazaxıstandan olan rəqiblərilə birinci qayıq kimi finiş xəttini keçib və turnirin yarımfinal mərhələsinə yüksəlib.

Kişilər bölməsində isə birnəfərlik  akademik avarçəkmə üzrə ikinci seçmə qrupunda Həmid-Rza Rizvani Küveyt, Hindistan, İndoneziya, Malayziya və İraqdan olan rəqiblərilə mübarizədə dördüncü qayıq olaraq, finiş xəttini keçib və yarışların “yeni şans” hissəsində iştirak imkanı əldə edib.