Apr 27, 2024 14:14 Asia/Baku
  • Azərbaycan cüdoda Avropa çempionu olub

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.

Yarımfinalda Moldovadan olan Adil Osmanovu məğlub edən üçqat Avropa çempionu həlledici görüşdən də qələbə ilə ayrılıb.

H.Heydərov bu dəfə Danil Lavrentyevi üstələyib. Azərbaycan millisinin lideri bununla da Azərbaycan cüdosunun tarixinə 4 qat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.