Apr 29, 2024 13:04 Asia/Baku
  • İranın məktəbli voleybol komandası dünya çempionu olub

Almaniya yığmasını üç-sıfır hesabı ilə məğlub edən İranın məktəbli voleybol komandası dünya məktəblilərinin voleybol çempionatında- Serbiya- 2024-də dünya çempionu olub.

Uqanda, Almaniya, Belçika, Niderland, İtaliya və “Çin Taybeyi” komandalarını ardıcıl olaraq məğlub edən  İranın məktəblilərdən ibarət voleybol komandası sözügedən çempionatın finalına vəsiqə qazanmışdı.

Komandamız öz parlaq oyunlarının davamında Belqradda Almaniya yığması ilə qarşılaşıb və bir daha bu rəqibi məğlub etməyi bacarıb. Bu avropalı komandanı üç-sıfır hesabı ilə məğlub edən məktəbli   voleybolçularımız dünya məktəblilərinin voleybol çempionatının qalibi olub. Sıralama görüşündə də “Çin Taybeyi” komandasına qalib gələn Türkiyə yığması üçüncü yeri tutubdur.

 

Teqlər