İyul 24, 2024 11:34 Asia/Baku
  • İran oktyabrda orbitə iki peyk buraxacaq

"Hodhod" və "Kosər" cihazlarının təqdimatı planlaşdırılır

İran Kosmik Agentliyi aşağı Yer orbitinə iki yeni peyk buraxmağı planlaşdırır.

Agentliyin rəhbəri Həsən Salariyyə bildirib ki, müşahidə peyki olan "Kosər" peykinin bu il orbitə çıxarılması planlaşdırılır. "Hodhod" peyki isə rabitə tədqiqat peyki olaraq "Kosər" peyki ilə eyni vaxtda buraxılmalıdır.

Onun sözlərinə görə, "Kosər" məsafədən zondlama peyki və "Hodhod" rabitə peyki özəl şirkətlər tərəfindən layihələndirilib və inşa edilib. "Kosər"dən kənd təsərrüfatı məqsədləri üçün, sərhədlərin müəyyənləşdirilməsi və geodeziya tədqiqatları üçün istifadə oluna bilər. "Hodhod" qurğusundan isə internet və nəqliyyat sektorunda istifadə edilməsi planlaşdırılır.

 

Teqlər