Avq 11, 2024 18:49 Asia/Baku
  • İranın idman karvanı 12 medalla Paris-2024-dəki işini başa vurub

İranın idman karvanı Paris olimpiya oyunlarında on iki medal qazanıb. Beləliklə, İranın olimpiya oyunları tarixindəki medallarının sayı ikinci dəfə ikirəqəmli olub.

Paris olimpiya oyunlarında iştirak edən İran karvanı üç qızıl, altı gümüş və üc bürünc və ümumilikdə on iki medal əldə edib.

Paris olimpiya oyunlarında taekvondo yarışlarında Aryən Səlimi qızıl, Mehran Bərxordari gümüş, Nahid Kiyani gümüş və Mobina Nemətzadə bürünc medal alıblar.

Yunan-Roma güləşində Səid İsmaili qızıl, Məhəmməd-Hadi Sarəvi qızıl, Əli-Rza Mohmədi gümüş və Əmin Mirzazadə bürünc medallar qazanıblar.

Sərbəst güləşdə isə Həsən Yəzdani gümüş, Əmir-Hüseyn Zare gümüş, Rəhman Əmuzad gümüş, Əmir-Əli Azərpira bürünc medallar əldə ediblər.

İranın idman karvanı otuz üçüncü olimpiya oyunlarının sonunda medal cədvəlinin iyirmi birinci pilləsində qərarlaşıb.

Otuz doqquz qızıl, iyirmi yeddi gümüş və iyirmi dörd bürünc medal qazanan Çin medal cədvəlinə başçılıq edib.

Amerika otuz səkkiz qızıl, qırx iki gümüş və qırx üç bürünc medalla ikinci, Yaponiya on doqquz qızıl, on iki gümüş və on üç bürünc medalla üçüncü, Avstraliya on səkkiz qızıl, on səkkiz gümüş və on dörd bürünc medalla dördüncü pillələrdə durublar.