İranın ağır atletika komandası dünya çempionu oldu
İranın ağır atletika üzrə milli komandası Norveçdə keçirilən 90-cı dünya çempionatında möhtəşəm çıxış edərək, 6 rəngli medal və 388 xalla dünya çempionu olub.
Ötən həftədən başlayaraq Norveçin Forde şəhərinin ev sahibliyi ilə keçirilən ağır atletika üzrə 90-cı dünya çempionatı şənbə günü ağır çəki kateqoriyasında yarışlarla başa çatdı və İranın milli komandası 388 xalla komanda hesabında birinci yeri tutdu.
İran komandasının heyətində Abdullah Beyranvənd 79 kq çəki dərəcəsində, İliya Salehipur 88 kq, Əli Alipur və Əlirza Moini 94 kq, Əlirza Nəsiri və Əbülfəzl Zare 110 kq, Əli Davudi və Ayət Şərifi isə super ağır çəki dərəcələrində yer alıblar.
Yarışlarda Əlirza Moini birdən qaldırmada qızıl medal, toplamda isə gümüş medal qazanıb. Əli Alipur birdən qaldırmada gümüş medal alıb. Əlirza Nəsiri isə təkanla qaldırmada və toplamda iki gümüş medal əldə edib.
Ayət Şərifi yarışlardan imtina edib, lakin Əli Davudi birdən qaldırmada bürünc medal qazanaraq, İranın çempionluğunu təmin edib.
Beləliklə də yarışın yekununda İran komandası 6 medal və 388 xalla səkkiz ildən sonra dünya çempionu adını qazanıb.
Sonuncu dəfə İran komandası 2017-ci ildə dünya çempionu olmuşdu.