2026 Dünya Çempionatının seçmə mərhələsi Ronaldo rekord qırdı;
İngiltərə Avropadan ilk vəsiqə qazanan oldu
Portuqaliyanın futbol üzrə milli komandası Macarıstana qarşı oyunda Cristiano Ronaldonun rekord vurması ilə yadda qaldı, lakin oyun bərabərliklə başa çatdı.
2026-cı il Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsində çərşənbə axşamı 7 oyun keçirildi. Günün ən önəmli qarşılaşmasında Portuqaliya öz meydanında Macarıstanla 2-2 hesablı heç-heçəyə razı oldu.
Oyunun 8-ci dəqiqəsində Macarlar Atilla Salai-nin gözəl zərbəsi ilə hesabı açdılar. 14 dəqiqə sonra Kriştiano Ronaldo hesabı bərabərləşdirdi və seçmə mərhələdə ən çox qol vuran oyunçu kimi yeni rekorda imza atdı. İlk hissənin son dəqiqələrində Ronaldo yenidən Macarların qapısından keçərək Portuqaliyaya 2-1 üstünlük qazandırdı.
İkinci hissədə isə oyunun əlavə dəqiqələrində Dominik Soboslai bərabərlik qolunu vurdu və oyun 2-2 hesabı ilə başa çatdı.
Gecənin digər önəmli oyununda İngiltərə Harry Keynin iki, Gordon, Eze və Tonisevsin avtoqolu ilə Latviyanı 5-0 hesabı ilə məğlub etdi. Bu nəticə ilə İngiltərə K qrupunda 18 xalla lider oldu və 2026-ci il Dünya Çempionatına vəsiqə qazanan ilk Avropa komandası oldu.