Okt 18, 2025 14:04 Asia/Baku
  • İranın para-pauerliftinq üzrə idmançısı dünya çempionu oldu

İranlı ağır atlet Əhməd Əminzadə para pauerliftinq üzrə dünya çempionatında 107 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb.

Misirin ev sahibliyi etdiyi Para-pauerliftinq üzrə Dünya Çempionatının davamında cümə günü 170 kq-dan yuxarı çəki dərəcəsində yarışlar keçirilib. Digər ölkələrdən yeddi idmançı ilə yanaşı, iranlı ağır atletlər Əhməd Əminzadə və Mehdi Səyyadi rəqibləri ilə mübarizə aparıblar. 

Əhməd Əminzadə Misir dünya çempionatında iştirakına 255 kq-ı qaldıraraq, başlayıb. İranlı atlet daha sonra 260 kq-ı uğurla qaldırıb. Əminzadə üçüncü cəhdində 270 kq-ı qaldıra bilməyib. O, iştirakını rekord 260 kq ilə başa vuraraq, qızıl medal və çempionluq tituluna sahib çıxıb.

Digər iranlı para-pauerliftinqçi Mehdi Səyyadi birinci cəhdində 237 kq-ı qaldırmağa müvəffəq olub.  İkinci cəhdində 242 kq-ı qaldırmaqda uğursuz olub. O, üçüncü cəhdində 250 kq seçsə də, onu da qaldıra bilməyib və sonda 237 kq-la kifayətlənərək, altıncı olub.

Qeyd edək ki, bu çəki dərəcəsində Braziliya və Gürcüstan təmsilçiləri müvafiq olaraq, ikinci və üçüncü yeri tutublar.