Noy 04, 2025 17:50 Asia/Baku

İran və Pakistan arasında media və mədəniyyət sahəsində əməkdaşlıq haqqında 5 anlaşma memorandumu imzalanıb.

İran və Pakistan media əməkdaşlığı haqqında anlaşma memorandumları İranın Teleradio Təşkilatının sərhədaşırı bölməsinin sədr müavini Əhməd Novruzinin başçılıq etdiyi İran İslam Respublikasının yüksək səviyyəli media nümayəndə heyətinin Pakistana səfəri zamanı İRİB-nin beynəlxalq əlaqələr departamentinin baş direktor Abbas Məhəmmədnejad, beynəlxalq səhər kanalının direktoru Mürtəza Şəmsi və Sistan və Bəluçistanın teleradio təşkilatının baş direktoru Cabir Əli Məhəmmədinin iştirakı ilə imzalanıb.

Əməkdaşlıq sahələrinə televiziya və radio proqramlarının mübadiləsi və yayımı, birgə media və mədəni məhsulların istehsal, təhsil və tədqiqat sahəsində əməkdaşlıq, texniki təcrübə mübadiləsi və ixtisaslaşmış təlim kurslarının təşkili, eləcə də festivallarda və mədəni tədbirlərdə iştirak daxildir.

Bu əməkdaşlığın ən əsas istiqamətlərindən biri İranın Teleradio Təşkilatının Cinepax Media şirkəti ilə əməkdaşlıq çərçivəsində “Pəncab Kino Şəhərciyi” layihəsində iştirakıdır. Bu layihə iki ölkə arasında kino istehsalı infrastrukturlarının inkişafı və mədəni mübadilənin genişləndirilməsi məqsədi ilə həyata keçiriləcək.

İmzalanma mərasimi çərçivəsində Pakistanın İnformasiya və Yayım üzrə Federal naziri Əttaullah Tarər İranın media nümayəndə heyətinin Pakistana səfərini yüksək qiymətləndirib və müqavilələri ikitərəfli media əlaqələrində "dönüş nöqtəsi" hesab edib.