Noy 05, 2025 15:09 Asia/Baku
  • Bu gecə İran səmasında

Bu axşam, çərşənbə günü, İran səmasında ilin ən möhtəşəm astronomik hadisələrindən biri müşahidə olunacaq. “Su Samuru Super Ayı”, 2025-ci ilin ən böyük və ən parlaq Dolu (tam) Ayı, saat beş radələrində şərq üfüqündən doğaraq payız səmasına gümüşü bir parlaqlıq bəxş edəcək.

Super Ay hadisəsi, Ay elliptik orbitində Yerə ən yaxın nöqtəyə çatdığı zaman baş verir.. Bu səbəbdən Ay adi vaxtlardan daha böyük və daha parlaq görünür. Bu vəziyyətdə Ayın görünən ölçüsü təxminən 14 faiz böyüyür, parlaqlığı isə 30 faizə qədər artır.

"Su Samuru Super Ayı" adı Şimali Amerikanın yerli xalqlarının ənənələrindən qaynaqlanır. Onlar noyabr ayındakı tam Ayı su samurlarının qışa hazırlaşmaq, bəndlər qurmaq və yem ehtiyatı toplamaqla məşğul olduqları dövrlə əlaqələndirirdilər. Bəzi bölgələrdə bu hadisəyə “Don Ayı” da deyilir, çünki adətən payızın ilk soyuqları ilə eyni zamana düşür.

Bu gecə günəş batdıqdan sonra Super Ay İran səmasında möhtəşəm bir parlaqlıq yaradacaq. Bu, astronomiya və gecə fotoqrafiyasına marağı olanlar üçün nadir bir fürsətdir ki, təbiətin ən şairanə mənzərələrindən birinə şahid olsunlar.

Bu gecənin Super Ayı, Yer və səma arasındakı əbədi bağın simvoludur — elə bir an ki, planetimiz və onun yeganə peyki bir-birinə ən çox yaxınlaşır.