İranlı veteran güləşçilər İordaniyada parlaq çıxış etdilər:
Bir qızıl, bir gümüş və dörd bürünc medal əldə olundu
Okt 11, 2026 17:50 Asia/Baku
İranın veteran güləşçilərdən ibarət sərbəst güləş üzrə milli komandası İordaniyada keçirilən Dünya Çempionatının ikinci günündə altı medal qazanıb.
Məhəmməd Kəmərvənd qızıl medal, Behzad Allahbəxşi isə gümüş medal əldə edib. Yarışda Davud Qulipur, Zəbihullah Mütəllibi, Həmid Behişti və Məhəmməd Mehrzad da bürünc medallara sahib olublar. İran təmsilçiləri turnirin ilk günündə iki gümüş və üç bürünc medal qazanmışdılar.