"Göylər" iki möhtəşəm qolla dəyərli qələbə qazandılar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i423514-göylər_iki_möhtəşəm_qolla_dəyərli_qələbə_qazandılar
İranın İstiqlal futbol komandası Asiya Çempionlar Liqasındakı ikinci oyununda, Qətərdə Əl-Qərafə komandasının qarşısında dəyərli bir qələbə qazanıb.
(last modified 2026-10-13T13:31:12+00:00 )
Okt 13, 2026 17:29 Asia/Baku

İranın İstiqlal futbol komandası Asiya Çempionlar Liqasındakı ikinci oyununda, Qətərdə Əl-Qərafə komandasının qarşısında dəyərli bir qələbə qazanıb.

İranın İstiqlal komandası dünən saat 21:45-da Dohanın "Sani bin Casim" stadionunda Əl-Qərafənin qonağı olub və 2-1 hesabı ilə rəqibinə qalib gəlib.İstiqlalın qollarını Yasir Asani 37-ci dəqiqədə və Hüseyn Qudərzi 60-cı dəqiqədə vurub, Qətər klubunun yeganə qolunu isə 48-ci dəqiqədə Fərəcani Sasi vurub.