Qəzzənin bombalanması sionist rejimin məğlubiyyətini və başını itirdiyini göstərir
https://azeri.sahartv.ir/news/fələstin-i381043-qəzzənin_bombalanması_sionist_rejimin_məğlubiyyətini_və_başını_itirdiyini_göstərir
Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın yüksək vəzifəli rəsmisi İsmayıl Rizvan, vurğulayıb ki, Qəzzənin bombalanması altı fələstinli əsirin azadlıq tuneli vasitəsilə Gilboa həbsxanasından qaçmasından sonra sionist rejimin çaş-baş qalmasının və məğlubiyyətini ört-basdır etmək cəhdinin göstəricisidir.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 13, 2021 12:37 Asia/Baku
  • Qəzzənin bombalanması sionist rejimin məğlubiyyətini və başını itirdiyini göstərir

Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın yüksək vəzifəli rəsmisi İsmayıl Rizvan, vurğulayıb ki, Qəzzənin bombalanması altı fələstinli əsirin azadlıq tuneli vasitəsilə Gilboa həbsxanasından qaçmasından sonra sionist rejimin çaş-baş qalmasının və məğlubiyyətini ört-basdır etmək cəhdinin göstəricisidir.

SəhərAzəri-nin məlumatına əsasən, Həmas-ın yüksək vəzifəli rəsmisi İsmayıl Rizvan, sionist rejimin hücumları və təcavüzlərinin heç vaxt Fələstin xalqının təslim olmasına və qəhrəman fələstinli əsirlərlə həmrəyliyin dayandırılmasına səbəb olmayacaq. 

Həmas-ın yüksək vəzifəli rəsmisi, əsirlərə və Fələstin xalqına qarşı edilən hər bir axmaqlığın nəticələri və fəsadları ilə bağlı sionist düşmənin məsuliyyət daşıdığını və müqavimətin bir qala kimi öz xalqını müdafiə etməyə davam edəcəyini vurğulayıb.

Sionist rejim fələstinli əsirlərin qaçması nəticəsində yaranan rüsvayçılığın davamında bazar ertəsi günü Qəzzədən raketin atıldığını bəhanə edərək, bu zolağa hava zərbələri endirib.

Eyni zamanda bəzi məlumatlara görə, sionist rejimin PUA-ları Qəzzənin şimalında yerləşən Fələstin müqavimətinə bağlı bir bazanı hədəfə alıblar.

Sionist rejimin Qəzzə zolağına yenidən hücumundan sonra Fələstinin müqavimət qüvvələri sionist rejimin PUA-larını və qırıcılarını zenit qurğuları ilə atəşə tutublar.