Həniyyə: "Sionist rejim bu gün özünün ən zəif mərhələsində yaşayır"
Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın siyasi bürosunun rəhbəri verdiyi açıqlamada deyib: "Sionist rejim bu gün özünün ən zəif mövqeyindədir və heç zaman regionda daha da nüfuz etməyə nail olmayaca".
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə deyib: "Fələstin xalqı Afrika və ərəb ölkələrinin İsrail rejimi ilə əldə edilən normallaşma razılaşmalarını ləğv etmələrini istəyir".
Həniyyə vurğulayıb: "Sionist işğalçılarının bölgədə genişlənmək cəhdləri heç zaman xalqın şüurunu və təfəkkürünü dəyişə bilməyəcək. Bu gün regionda balans müqavimət tərəfindən müəyyən edilir".
Həmas-ın siyasi bürosunun rəhbəri Fələstin məsələsinin hələ də regionun vicdan məsələsi olduğunu bəyan edərək, əlavə edib: "Təl-əviv ilə münasibətləri normallaşdırma xalqlarımıza, Fələstin amalımıza, dəyərlərimizə və mübarizəmizə xidmət etmir. Regional sülhü təmin etmək üçün Fələstinin hüququnu gözardı etmə cəhdləri qəbuledilməzdir".