Fələstin muxtariyyəti Londonun hərəkətinə etiraz edib
Noy 20, 2021 22:46 Asia/Baku
Həmas hərəkatının terrorçu adlandırılması ilə Londonun razılaşmasının elan olunmasından sonra Fələstin muxtariyyəti Londondan istəyibdir ki, dərhal bu qərarı geri götürsün.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün (20 noyabr) Fələstin muxtariyyəti Londonun bu hərəkətini pisləyərək, onu Fələstin xalqına qarşı üzrsüz təcavüz adlandırıb.
İngiltərənin daxili işlər naziri Priti Patel bildirib ki, bu ölkə hökuməti Həmas-ın bir terror təşkilatı elan olunması ilə razıdır.